Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı – VİDEO

Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı – VİDEO

Hazırda oxunan: Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı – VİDEO

585283

Xəbər verdiyimiz kimi, Bakıda 44 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi onun 19 yaşlı oğlu saxlanıb.
 

MÖVZU İLƏ BAĞLI: Bakıda 44 yaşlı kişi qətlə yetirildi, oğlu saxlanıldı


Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixar Vəlizadə yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Dərhal istintaq qrupu əraziyə gəlib araşdırmalara başlayıblar.

19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli qismdə saxlanıb.
 

Qonşular deyirlər ki, ailə həmin evi bir neçə ay əvvəl alıb. Qonşularla münasibətləri olmasa da, ailənin sakit olduğu bildirilir.


Qonşular onu da əlavə etdilər ki, mərhum İftixar Vəlizadə kombi ustası olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO