Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib - FOTO

Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib - FOTO

Hazırda oxunan: Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib - FOTO

585243

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib.

Müdafiəçi birinci vəsatətində cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə verən bütün şahidlərin və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kamo Hayrapetyanın, Muşeq Qriqoryanın və digər tədqiq olunan şahid ifadələrinin mötəbər sübut hesab edilməyərək, iş üzrə təqsirləndirilən R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən sübut siyahısından çıxarılması və təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olunmamasını, eləcə də yekun məhkəmə qərarı qəbul edilən zaman nəzərə alınmamasını xahiş edib.

E.Babışov ikinci vəsatətlə bağlı qeyd edib ki, məhkəmə istintaqı zamanı ittihamın əsasını təşkil edən bir sıra sübutlar tədqiq olunub, yüzlərlə zərərçəkmiş şəxs, habelə zərərçəkmiş şəxslərin hüquqi varisləri ifadə verib, prosesdə iştirakı müəyyən səbəblərdən mümkün olmayan şəxslərin ifadələri, digər aidiyyəti sənədlər elan edilib, bir çox şəxslərin aldığı xəsarətlər barədə faktlar açıqlanıb. Vəkil deyib ki, buna baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyinə görə, həmin şəxslərin verdiyi ifadələrin təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur.

Məhkəməyə sədrlik edən qeyd edib ki, hansı audio-video materiallar lazımdırsa, siyahısı təqdim olunsun və ona bu şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
 

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO