Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü – TƏFƏRRÜAT

Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü – TƏFƏRRÜAT

Hazırda oxunan: Evə gec gəldiyi üçün irad bildirən atasını öldürdü – TƏFƏRRÜAT

585206

Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

Bizim.Media "Teleqraf.az"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi Sovxoz yaşayış ərazisində qeydə alınıb.

İftixar Vəlizadə 19 yaşlı oğlu Ayxan Vəlizadəyə evə gec gəldiyi üçün irad bildirib. Bundan hiddətlənən oğul atasına yaşadıqları evin həyətində 14 bıçaq zərbəsi vurub.
 

Evdə olan 1988-cu il təvəllüdü ana Səadət Nəcməddin qızı Vəlizadə oğlunun bu əməlinin qarşısını almaq istəyib. O, sağ əlindən bıçaq, boynundan əzilmiş xəsarətlər alıb. Səadət Vəlizadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.


Qeyd edək ki, Ayxan Vəlizadə ailənin bir oğludur, onun özündən kiçik iki bacısı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO