Bu ilin FACİƏLƏRİ – 2025-ci ildə baş verən bədbəxt hadisələrin XRONOLOGİYASI

Bu ilin FACİƏLƏRİ – 2025-ci ildə baş verən bədbəxt hadisələrin XRONOLOGİYASI

Hazırda oxunan: Bu ilin FACİƏLƏRİ – 2025-ci ildə baş verən bədbəxt hadisələrin XRONOLOGİYASI

585174

2025-ci ilin bitməsinə 20 gündən az müddət qalıb. Bu il həm də bir sıra bəbəxt hadisələrlə yadda qaldı.

Çox sayda yol nəqliyyat qəzaları, intiharlar, dənizdə və dəm qazından boğulma faktları, yanğınlar, faciəli hadisələr illik statistikanı daha da ağırlaşdırdı.

Bizim.Media bu il yaddaşlardan silinməyən və çoxsaylı müzakirələrə səbəb olan həmin bədbəxt hadisələrin siyahını təqdim edir:

Elgünün ölümü

Mayın 13-də Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü Elgün İbrahimov faciəli şəkildə dünyasını dəyişib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə yaydığı məlumatda bildirilib ki, mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi hallar yoxlanılıb.

Müəyyən edilib ki, Elgün İbrahimova hər hansı kənar şəxs və ya şəxslər tərəfindən xəsarət yetirilməyib, ona qarşı heç bir zorakı hərəkətlərə yol verilməyib, o, hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən ölüb. Bu hadisə ölkədə geniş müzakirələrə səbəb olmuşdu.

Bir ailənin faciəsi

İyunun 4-də Sabirabadın Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub və bir ailə yanaraq həlak olub. Ailə üzvləri arasından yalnız 2022-ci il təvəllüdlü Bahar İmansoy sağ qalıb. O, hadisə zamanı babasıgildə imiş.

Yanğın nəticəsində 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, onun 2002-ci il təvəllüdlü həyat yoldaşı Safalı Qorxmaz qızı İmanova, övladları - 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmansoy və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoy ölüb. Hadisə zamanı onlarda qonaq olan T. İmanovun anası 69 yaşlı Bahar Niyaz qızı İmanova və 42 yaşlı qardaşı Ruslan Ağasəf oğlu İmanov yanğından sağ çıxıb.

İki gəncin faciəvi taleyi

26 iyun 2025-ci ildə 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.

Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.

27 sentyabr tarixində gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov itkin düşüb. O, “BUE CASPİAN LTD” şirkətinə məxsus “Caspian Protektor” gəmisində çalışıb. Onun axtarışları hələlik heç bir nəticə verməyib.

Tovuzda ailə dramı

16 oktyabr tarixində Tovuzda 32 yaşlı Səbuhi Hacızadə 29 yaşlı həyat yoldaşı Mətanət Hacızadəni qətlə yetirib. Daha sonra video çəkən Səbuhi əlindəki bıçaqda olan qanı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini də vurğulayıb. Bundan sonra isə Səbuhi Hacızadənin meyiti kənd ərazisindəki ağacadan asılı halda tapılıb.

Dörd ofisiantın ölümü

Noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən "Lake Hotel"in 4 işçisi faciəvi şəkildə dünyasını dəyişib. Belə ki, 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirib.

Yasamal yanğını

21 noyabr Bakının Yasamal rayonunda yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində  azı 20 nəfər isə zəhərlənib. Yanğın zamanı 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.

Qaradağda partlayış

5 dekabr 2025-ci il Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə qeydə alınıb.

Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəf oğlu Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər. Partlayışa mənzildəki kombinin partlaması səbəb olub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO