Naxçıvanda geniş Zəfər Parkı İNŞA OLUNACAQ

Naxçıvanda geniş Zəfər Parkı İNŞA OLUNACAQ

Hazırda oxunan: Naxçıvanda geniş Zəfər Parkı İNŞA OLUNACAQ

585092

“Naxçıvan şəhərinin yeni baş planına uyğun olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində geniş Zəfər Parkı inşa olunacaq. Həmçinin muxtar respublikanın rayonlarında memorial abidə komplekslərinin inşası davam etdiriləcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhid ailələri və qazilərlə görüşündə çıxışı zamanı deyib.

Ceyhun Cəlilov qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbənin səbəb olduğu reallıqlardan biri də Zəngəzur dəhlizinin açılması üçün işlərə başlanılmasıdır.

 

Ölkəmiz və bütün region üçün mühüm əhəmiyyət kəsb edən bu yolun açılmasında hər bir qəhrəman şəhid və qazimizin əvəzolunmaz rolu var.


Xalqımız onların qəhrəmanlıqlarını heç vaxt unutmayacaq, nəsillərə örnək vətənpərvərliklərini və fədakarlıqlarını daim xatırlayacaq, xatirələrini ehtiramla yad edəcək.

Bu məqsədlə muxtar respublikada işlər davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO