Sosial şəbəkələrdən təhlükəsiz istifadənin YOLLARI: Alimlərdən tövsiyələr

Sosial şəbəkələrdən təhlükəsiz istifadənin YOLLARI: Alimlərdən tövsiyələr

Hazırda oxunan: Sosial şəbəkələrdən təhlükəsiz istifadənin YOLLARI: Alimlərdən tövsiyələr

585081

Mançester Universitetinin alimləri müəyyən ediblər ki, psixi sağlamlığı qorumaq üçün sosial şəbəkələrdə sərf olunan vaxtın miqdarı yox, həmin vaxtın keyfiyyəti və faydalılığı daha önəmlidir.

Bizim.Media xəbər verir ki, araşdırmada 18–24 yaş arasında olan 373 gənc iştirak edib.
 

Onlar iki həftə ərzində sosial şəbəkələrdən adi qaydada istifadə ediblər, daha sonra isə onlara “detoks” – onlayn vaxtın məhdudlaşdırılması təklif olunub. İştirakçıların çoxu sosial şəbəkələrdən istifadəsini gün ərzində 30 dəqiqəyə qədər azaldıb.


Nəticədə, narahatlıq 16%, depressiya 24%, yuxusuzluq isə 14,5% azalıb. Alimlər vurğulayırlar ki, sərt məhdudiyyətlər mütləq deyil. Bunun əvəzinə “məhdudlaşdırma yox, əvəzləmə” yanaşması tövsiyə olunur: lentin passiv şəkildə ötürülməsi əvəzinə, aktiv və məqsədyönlü fəaliyyətlər – ünsiyyət, fitnes tətbiqləri və ya şəbəkədən kənar məşğuliyyətlər məsləhətdir.

Praktiki məsləhətlər arasında bunlar var:

Yatmazdan bir saat əvvəl telefonu yataq otağına gətirməmək;

Evdə “qadjetlərsiz zonalar” yaratmaq;

“Təyyarə” rejimindən istifadə etmək və lazımsız bildirişləri söndürmək;

Valideynlərin sərt qadağalar qoymaq əvəzinə övladlarına nümunə olması.

Tədqiqatçılar hesab edirlər ki, bu sadə tədbirlər psixi sağlamlığın qorunmasına, yuxunun yaxşılaşmasına və sosial şəbəkələrdən istifadəni daha şüurlu və təhlükəsiz etməyə kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO