Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edildi

Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edildi

Hazırda oxunan: Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edildi

585042

Builki arxeoloji qazıntılar nəticəsində Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci ilin yekunu ilə bağlı hesabatında qeyd olunub.

Hesabatda vurğulanıb ki, arxeoloq Şamil Nəcəfov Xocalı tarixi-arxeoloji kompleksi ərazisində tədqiqatlar aparıb. Bu il aparılan tədqiqatlar nəticəsində nekropol ərazisində yerüstü əlamətləri görünməyən, 70 sm dərinlikdə Xocalı türbəsinə bitişik məqbərə yeri aşkar edilib.

Eyni zamanda, nekropolda tunc dövrünə aid daha bir kurqan müəyyən edilib.

Hesabatda o da vurğulanıb ki, arxeoloq Müzəffər Hüseynov Goranboy rayonunun Tatarlı kəndi ərazisində yerləşən Muncuqlutəpə nekropolunda tədqiqatları davam etdirib.
 

Tədqiq edilmiş 38 nömrəli qəbirdə maraqlı dəfn adəti müşahidə olunub. Belə ki, içərisi materiallarla zəngin qəbir kamerası ağacla örtüldükdən sonra ağacın üzərinə yenidən saxsı qablar və bəzək əşyaları qoyulub. Qəbir kamerasını örtən ağacların üzərinə arxeoloji materialların qoyulması ənənəsi əsasən Skif kurqanlarında izlənir.


Bildirilib ki, Muncuqlutəpə nekropolunda bu dəfn adətinin qeydə alınması Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların yeni dəfn ənənəsi kimi qiymətləndirilə bilər. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO