Azərbaycanda pişik körpəni belə xilas edib – DETALLAR

Azərbaycanda pişik körpəni belə xilas edib – DETALLAR

Hazırda oxunan: Azərbaycanda pişik körpəni belə xilas edib – DETALLAR

585031

Tərk edilmiş körpəni binanın zirzəmisində digər heyvanların hücumundan pişik qoruyub. Bu barədə Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olunmuş uşaqlarla iş şöbəsinin rəhbəri Cavid Şahmalıyev DOST TV-yə açıqlama verib.

Bizim.Media xatırladır ki, oktyabr ayında Mingəçevirdə bir binanın zirzəmisində aciz vəziyyətdə bir yarım yaşlı oğlan uşağı tapılmışdı. Onun yanında çoxlu pişik tükü, alnında isə bir yara izi vardı. Uşaq dərhal xəstəxanaya yerləşdirilib və hazırda Bakıda müalicə olunur.

“Bu, atılmış uşaqdır. Lakin hadisə başdan-ayağa möcüzədir. Uşaq dördüncü gün tapılıb, polis körpənin ağlamaq səsini eşidərək köməyə gəlib. Hazırda uşaq müalicə altındadır. Ona beyin daxili qanaxma diaqnozu qoyulub. Bədənində heyvan hücumu nəticəsində yaranmış yaralar müəyyən olunub. Dörd gün ərzində zirzəmidəki heyvanlar ona hücum etməyə cəhd göstərib, lakin pişik onu qoruyub, körpənin yanından bir addım belə ayrılmayıb. Bunu uşağa qayğı göstərən xəstəxana işçiləri özləri bildiriblər”, — deyə Şahmalıyev qeyd edib.

Onun sözlərinə görə, uşaq tapılanda üzündə və qulaqlarında çoxlu pişik tükü olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Mingəçevirdə polis əməkdaşları uşağın anası — 1994-cü il təvəllüdlü G. Məmmədovanı saxlayıblar. Hazırda qadının uşağı bilə-bilə həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoymasına görə cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO