Turist məmnuniyyətinə ZƏRBƏ – Hotellərdə qonaqlardan niyə şəxsiyyət vəsiqəsinin surəti tələb edilir?

Turist məmnuniyyətinə ZƏRBƏ – Hotellərdə qonaqlardan niyə şəxsiyyət vəsiqəsinin surəti tələb edilir?

Hazırda oxunan: Turist məmnuniyyətinə ZƏRBƏ – Hotellərdə qonaqlardan niyə şəxsiyyət vəsiqəsinin surəti tələb edilir?

585025

Azərbaycanın bir çox hotellərində şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsi gələn qonaqlarda narazılıqlar yaradır. Xüsusilə də rəqəmsal dövrdə vəsiqə surətinin müxtəlif məkanlarda toplanması sui-istifadə risklərini artırdığı üçün turistləri belə məkanlardan uzaqlaşdırır. Bu da öz növbəsində yerli turizmin inkişafından çox durğunluğuna gətirib çıxaran amillərdəndir.

Dünya ölkələrində, xüsusən də Türkiyədə artıq hotellərdə şəxsiyyət vəsiqəsinin surətini almaq qadağan edilib. Yeni ildən etibarən turistlərdən vəsiqənin surətini tələb edən hotellərə cərimə tətbiq olunacaq. Üstəlik əvvəlki illərdən yığılıb saxlanılan surətlər də məhv ediləcək.  

Turizm üzrə ekspert Tural Bəndəliyev Bizim.Media-ya açıqlamasında qeyd etdi ki, qanuna görə, hotellərdə turistin şəxsi məlumatları sistemə daxil edilməlidir, amma şəxsiyyət vəsiqəsinin surətini saxlamaq doğru deyil:

“Hotellər daha çox özlərini sığortalamaq məqsədilə vəsiqə surətlərini alıb arxivləşdirirlər. Bu da vətəndaşların narahatlığına səbəb olur. Təsəvvür edin, vətəndaş bütün problemlərini şəhərdə qoyub bölgələrə istirahətə gəlir, burda da ayrı gərginlik yaşayır. Xüsusilə narahat təbiətli, skeptik insanların demək olar ki, istirahəti “burnundan gəlir”.

Başqa ölkələrdə turistlərin şəxsi məlumatlarına və seçimlərinə həssas yanaşılır. Günümüzdə QR sistemi və ya digər tətbiqlər olduğu halda surət toplamaq – həmin hotelin daşıdığı ulduzlara və inzibatçılığa şübhə yaradır. Həmçinin bu praktika turizmin imicinə də zərər vurur. Yeni qaydalar tətbiq edilməsə, bu, turistlərin gözündə mənfi təəssürat yarada bilər”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO