Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin sakinləri mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmaması səbəbi ilə ciddi narahatlıq yaşayırlar.
Bizim.Media xəbər verir ki, sakinlər oxu.az-a bununla bağlı şikayət ünvanlayıb.
Onların sözlərinə görə, hər dəfə yağışdan sonra fərdi yaşayış evlərinin böyük hissəsi su altında qalır.
Qəsəbə sakinləri bildirirlər ki, problem illərdir həll olunmur və bu, məişət şəraitinə, xüsusilə də uşaqlı ailələrin təhlükəsizliyinə ciddi təsir göstərir:
"Yağış yağan kimi bütün evlər su altında qalır. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün yağış suları axıdılmır və həyətlərə dolur. Sizdən artıq dərəcədə xahiş edirik, bu problemi işıqlandırasınız".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 11.12.2025
Aşağı Güzdək qəsəbəsindən ŞİKAYƏT: Yağış yağanda evlər su altında qalır – VİDEO
Hazırda oxunan: Aşağı Güzdək qəsəbəsindən ŞİKAYƏT: Yağış yağanda evlər su altında qalır – VİDEO
Hazırda oxunan: Aşağı Güzdək qəsəbəsindən ŞİKAYƏT: Yağış yağanda evlər su altında qalır – VİDEO
585023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































