Ərinin qətlində günahlandırılan qadın: “Təqsirli deyiləm”

Ərinin qətlində günahlandırılan qadın: “Təqsirli deyiləm”

Hazırda oxunan: Ərinin qətlində günahlandırılan qadın: “Təqsirli deyiləm”

585022

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, müdafiə vəkili vəsatət qaldıraraq, təqsirləndirilən şəxsin azyaşlı övladının olduğunu nəzərə alınaraq məhkəmədə kənar şəxslərin olmamasını istəyib.

Məhkəmə bu vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N.Quliyeva ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini deyib.

Növbəti proses 8 yanvar saat 10:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO