Qarabağ separatçılarının İrəvandakı ofisində axtarışlar aparılır

Qarabağ separatçılarının İrəvandakı ofisində axtarışlar aparılır

Hazırda oxunan: Qarabağ separatçılarının İrəvandakı ofisində axtarışlar aparılır

585008

Ermənistanın İstintaq Komitəsi Qarabağ separatçılarının İrəvanda yerləşən ofisində axtarışlar aparır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-ləri parlamentdə “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyanın açıqlamasına istinadən yayıb.

Separatçılardan Njde İskandaryanın sözlərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı müəyyən sənədləri axtarır.
Onlar məhkəmənin axtarışla bağlı qərarını təqdim edib və hazırda kompüterləri yoxlayırlar.

Ermənistan İstintaq Komitəsi isə bildirib ki, cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO