Badara və Ballıca kəndlərinə qayıdan ailələrə evlərinin açarları təqdim olundu – FOTO

Badara və Ballıca kəndlərinə qayıdan ailələrə evlərinin açarları təqdim olundu – FOTO

Hazırda oxunan: Badara və Ballıca kəndlərinə qayıdan ailələrə evlərinin açarları təqdim olundu – FOTO

585007

Bu gün köç karvanı ilə Xocalı rayonunun Badara və Balllca kəndlərinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, xəbər verir ki, bu mərhələdə Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə isə 9 ailə - 38 nəfər köçürülüb. Doğma yurda köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Açarları təqdim edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurdlarına qayıtmaları münasibətilə təbrik edib, Ballıca və Badara kəndlərində rahat yaşayış üçün hərtərəfli şəraitin yaradıldığını deyib. Onun sözlərinə görə, yaşayış məntəqələrində müasir standartlara uyğun evlər, məktəblər, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

Qeyd edək ki, köç prosesi mərhələli şəkildə davam edir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO