Azərbaycan komandası Tallində “Medibot” layihəsi ilə birincilik qazandı - FOTO

Azərbaycan komandası Tallində “Medibot” layihəsi ilə birincilik qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan komandası Tallində “Medibot” layihəsi ilə birincilik qazandı - FOTO

585004

5–6 dekabr 2025-ci il tarixində Estoniyanın paytaxtı Tallin şəhərində Robotex International 2025 yarışının final mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, final mərhələsində 27 saylı məktəbin 6-cı sinif şagirdi Rəhim Sultan, müxtəlif məktəblərdən olan həmyaşıdlarından ibarət komandası ilə “Medibot” layihəsini təqdim edib.
 

Komandanın kapitanı Rəhim Sultan olmuş, mühəndis vəzifəsini Sevil Şəmmədli, proqramçı vəzifəsini Murad Zeynallı, dizayner vəzifəsini isə Ruqayya Əliyeva yerinə yetirib. Layihənin əsas ideyası tibbi məntəqəsi, poliklinika və xəstəxana olmayan ucqar yaşayış yerlərində robotlardan ibarət klinikanın qurulması və ilkin tibbi müdaxilənin peşəkar robotlar tərəfindən həyata keçirilib. Bu layihə öz kateqoriyasında münsiflərdən ən yüksək bal toplayaraq qalib elan olunub. Komandanın mentoru Təranə Səfərova olub.


Final mərhələsinə qədər komanda əvvəlcə 6 aprel tarixində Bakıda “Şokobot” layihəsi ilə, 2–4 may tarixlərində isə Türkiyənin Antalya şəhərində “Soil Savers” layihəsi ilə birincilik qazanıb. Final mərhələsində 32 ölkədən 921 komanda və 3200-dən çox iştirakçı mübarizə aparıb.

Komanda 9 dekabr 2025-ci il tarixində vətənə geri dönüb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO