Rusiya ordusunun Kiyevə endirdiyi intensiv raket və PUA hücumlarından sonra Ukrayna paytaxtı və Kiyev vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri davam etdirilir.
Bizim.Media “Azərtac.az”a istinadla xəbər verir ki, artıq Ümummilli Lider Heydər Əliyevin səfirliyin qarşısındakı heykəlinin qorunması üçün üzlənmə işləri başa çatdırılıb. Hazırda Heydər Əliyev parkında yerləşən fəvvarənin üzlənməsi işləri həyata keçirilir.
Bundan başqa akademik Zərifə xanım Əliyevanın İrpen şəhərinin “Dostluq” parkındakı abidəsi, eləcə də Kiyevdə Nəsiminin, Səməd Vurğunun və Müslüm Maqomayevin abidələrinin də qoruyucu çəpərlərlə üzlənməsi həyata keçiriləcək.
Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:30 / 11.12.2025
Kiyevdə Azərbaycana aid heykəllər Rusiya hücumlarından belə mühafizə olunur – FOTO/VİDEO
Hazırda oxunan: Kiyevdə Azərbaycana aid heykəllər Rusiya hücumlarından belə mühafizə olunur – FOTO/VİDEO
Hazırda oxunan: Kiyevdə Azərbaycana aid heykəllər Rusiya hücumlarından belə mühafizə olunur – FOTO/VİDEO
584969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































