Qadın sevgilisinin başına butulka ilə ZƏRBƏ ENDİRDİ

Qadın sevgilisinin başına butulka ilə ZƏRBƏ ENDİRDİ

Hazırda oxunan: Qadın sevgilisinin başına butulka ilə ZƏRBƏ ENDİRDİ

584951

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Səmayə Həbibovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1000 manat məbləğində cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 21 dekabr 2024-cü il tarixində, gecə saatlarında Abşeron rayon ərazisində qeydə alınıb.

Belə ki, Səmayə Həbibova kirayədə yaşadığı ünvanda qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Faiq Həsənovla (adı, soyadı şərtidir) birgə spirtli içki qəbul edib, hər ikisi yüngül dərəcədə alkoqol sərxoşluğu vəziyyətində olublar. Gecə saat 05 radələrində zərərçəkmiş qadına intim münasibətdə olmaq istədiyini bildirib. Səmayə isə bununla razılaşmayaraq etiraz etdikdə tərəflər arasında mübahisə yaranıb.
 

Mübahisə zamanı təqsirləndirilən şəxs Faiqə hücum edərək əvvəlcə əlləri ilə onun boğazını sıxıb, sinəsindən itələyib. Bu zaman zərərçəkmişin kürək nahiyəsi stula çırpılıb. Daha sonra Səmayə masanın üzərindəki spirtli içki şüşəsini götürərək sevgilisinin baş nahiyəsinə vurub. Nəticədə zərərçəkmiş şəxsin başının sol təpə nahiyəsində əzilmiş-cırılmış yara, boyunun sağ yan səthində sıyrıqlar və bel nahiyəsində qançırlar yaranıb.


Hadisədən sonra Səmayə Həbibova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO