Azərbaycan universitetlərində ödənişli təhsil LƏĞV OLUNUR?

Azərbaycan universitetlərində ödənişli təhsil LƏĞV OLUNUR?

Hazırda oxunan: Azərbaycan universitetlərində ödənişli təhsil LƏĞV OLUNUR?

584872

2026-cı ildən etibarən Gürcüstanın dövlət universitetlərində bütün tələbələrin təhsili dövlət tərəfindən tam şəkildə maliyyələşdiriləcək.

Yəni, dövlət universitetlərində təhsil tam pulsuz olacaq.

Qonşu ölkədə atılan bu addım təkcə orada yox, Azərbaycanda da müzakirə yaradıb. Bir çox insan, xüsusilə abituriyent Azərbaycan universitetlərində də belə bir addımın atılmasının tərəfdarıdır.

Bəs görəsən, mümkündür? Azərbaycan təhsilində tam dövlət sifarişli təhsilə keçid üçün imkan varmı?

Bizim.Media-ya açıqlama verən təhsil eksperti Elşən Qafarov deyib ki, artıq biz də bu sistemə doğru gedirik:


"Ali təhsilin pulsuz olması təkcə Gürcüstanda yox, bir çox ölkədə tətbiq olunur. Biz də o sistemə doğru gedirik. 24 oktyabr 2013-cü ildə ölkə başçısının 13 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında" da qeyd olunub ki, Azərbaycanda da təhsil dövlət hesabına həyata keçirilsin. Keçən  müddət ərzində  ölkədə ödənişli təhsilin dövlət hesabına təhsillə əvəz olunması ilə bağlı böyük işlər görülüb. Məsələn, 5 il öncə 100 tələbədən 79-u ödənişli təhsil alırdısa, hazırda bu rəqəm 40-ın altındadır".

"Ödənişli təhsil tarixə qovuşacaq".

"Həmçinin  ödənişli təhsil alanlar üçün Təhsil Tələbə Kredit Fondu təsis edilib. Burada həm standart, həm sosial istiqamətlər üzrə ödənişli təhsil alan tələbələrin böyük hissəsi yararlana bilirlər. Yaxın gələcəkdə Azərbaycanda da ödənişli təhsilin tamamilə dövlət sifarişli təhsillə əvəzlənəcəyi gözlənilir. Bu istiqamətdə ciddi işlər görülməyə davam edir. Yaxın zamanda ödənişli təhsil anlayışı tarixə qovuşacaq"-,deyə Elşən Qafarov bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO