Anasının bank kartından pul oğurladı - Həyat yoldaşına göndərdi - FOTO

Anasının bank kartından pul oğurladı - Həyat yoldaşına göndərdi - FOTO

Hazırda oxunan: Anasının bank kartından pul oğurladı - Həyat yoldaşına göndərdi - FOTO

584832

Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsait naməlum şəraitdə oğurlanıb.

Bizim.Media xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib.

Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədilyinə əsaslı şübhələr yaradıb.
 

Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb.


Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO