“İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilk gənclər platforması olaraq məhz Azərbaycanın təşəbbüsü ilə 2004-cü ildə 30-dan artıq İƏT ölkələrinin iştirakı ilə Bakıda təsis olunub.
Daha sonra 2006-cı ildə Baş Qərargahı İstanbula köçüb. 2010-cu ildə yenə də ölkəmizin təşəbbüsü ilə Bakıda11 İƏT ölkəsi və Avropanın müsəlman azlıqlarını əhatə edən İƏGF-nun Avrasiya Regional Mərkəzi yaradılıb. İƏGF Azərbaycanın beynəlxalq təşkilat yaradılması üzrə ilk təşəbbüslərindən biridir”.
MÖVZU İLƏ BAĞLI: İƏGF Avrasiya Regional Mərkəzinin 15 illiyi KEÇİRİLDİ - FOTO
Bizim.Media xəbər verir ki, bu sözləri İƏGF Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov Mərkəzin 15 illiyi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu Forum İƏT-na üzv ölkələrin gənclər hərəkatlarının fəaliyyətlərinin əlaqələndirilməsinə, onların şəxsi inkişafına, işsizliyin aradan qaldırılmasına, bir sözlə, məhz gənclərin maarifləndirilməsi istiqamətinə yönəlmiş layihələrdən biridir:
“Neçə ildir ki, Avrasiya Regional Mərkəzin təşəbbüsü ilə beynəlxalq startup forumu keçirilir. Startup fəallarına dəstək göstərilir, təlimlər keçirilir və ildə bir dəfə onları beynəlxalq iqtisadi forumda investorlarla görüşdürürük. Hazırda icrada olan layihələrdən biri peşə təhsilinin verilməsidir. Bu istiqamətdə İslam Əməkdaşlıq Təşkilatı və İslam İnkişaf Bankı ilə bir layihə üzərində çalışırıq”.
Qeyd edək ki, Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) fəaliyyətinin 15 illiyi ilə bağlı diplomatik qəbul keçirilib.
Tədbirdə Azərbaycanda təmsil olunan səfirliklərin nümayəndələri, gənclər və idman naziri Fərid Qayıbov, digər nazirlik və qurumların təmsilçiləri, QHT nümayəndələri, eləcə də millət vəkilləri iştirak ediblər.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media




























































































