Astarada iki balıqçı İTKİN DÜŞDÜ

Astarada iki balıqçı İTKİN DÜŞDÜ

Hazırda oxunan: Astarada iki balıqçı İTKİN DÜŞDÜ

584765

Astara rayonunda iki balıqçı dənizdə itkin düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gecə saatlarında Fövqəladə Hallar Nazirliyinə Astara ərazisində iki nəfər balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.

Hadisə rayonun Şahağac kəndi istiqamətində baş verib. Bildirilir ki, balıqçılar dənizə balıq ovu məqsədilə çıxıb və geri qayıtmayıblar.
 

Əraziyə FHN-nin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.


Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO