Bəzi ənənəvi səhər yeməyi məhsulu əslində səhər saatlarında orqanizmə zərər verə bilər.
Bizim.Media xəbər verir ki, bunu türkiyəli həkim Halit Furkan deyib. O bildirib ki, səhər yeməyi bədən üçün ən kritik vaxt hesab olunur.
"Bu saatda qəbul edilən qidalar qan şəkərinin stabilləşməsi, enerji səviyyəsinin normallaşması və günə düzgün başlama üçün böyük rol oynayır"
Halit Furkan səhər yeməsi tövsiyyə edilməyən qidaları sadalayıb:
Pişki
Ağ un və yağ qarışığı sürətli şəkildə qan şəkərini qaldırır, qısa müddətdə yenidən düşür və gün ərzində halsızlıq, şirniyyat istəyi yarada bilər.
Mürəbbə
Tərkibindəki yüksək şəkər səbəbindən qaraciyər üçün əlavə yük yaradır və şəkərin tez yüksəlməsinə səbəb olur.
Kartof fri
Yüksək temperaturda hazırlananda akrilamid adlı zərərli maddə əmələ gəlir. Bu, orqanizmdə stresə və ümumi balanssızlığa səbəb ola bilər.
Sosiska və kolbasa
Bu məhsullarda müxtəlif qatqılar və duz çox olur. Daimi istehlak orqanizmdə xoşagəlməz reaksiyalar yarada bilər.
Qarğıdalı qarışığı
Paketlənmiş bir çox qarışığın şəkər miqdarı çox yüksəkdir. Səhər saatlarında bu tip karbonhidratlar enerji dalğalanması və tez acma hissi yaradır.
Şokolad kremi və hazır meyvə şirələri
Şəkər miqdarı çox olduğuna görə qan şəkərini sürətlə artırır və enerjinin tez düşməsinə səbəb olur. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:34 / 10.12.2025
Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var
Hazırda oxunan: Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var
Hazırda oxunan: Səhərlər qətiyyən yemək olmaz, ancaq bütün restoranların menyusunda var
584744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































