Yağış güclənəcək, qar yağacaq – Günün HAVASI

Yağış güclənəcək, qar yağacaq – Günün HAVASI

Hazırda oxunan: Yağış güclənəcək, qar yağacaq – Günün HAVASI

584742

Azərbaycanda dekabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Gün ərzində ayrı-ayrı yerlərdə aramsız və güclü olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi şərq rayonlarında isə bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 2-7, gündüz 10-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO