8 saatdan az yatmaq ömrü qısaldır - ARAŞDIRMA

8 saatdan az yatmaq ömrü qısaldır - ARAŞDIRMA

Hazırda oxunan: 8 saatdan az yatmaq ömrü qısaldır - ARAŞDIRMA

584725

Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub.

Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmış sorğu nəticələri ilə ömrü müqayisə ediblər.

Məlum olub ki, yuxunun keyfiyyəti və müddəti pəhriz, fiziki aktivlik və sosial amillərdən daha güclü şəkildə ömrə təsir edir. Lakin yuxunun keyfiyyəti siqaret çəkmə ilə müqayisədə ömrə təsir baxımından geri qalır.
 

Tədqiqatda yuxu müddəti gündə 7 saatdan çox olan hallarda kifayət sayılıb. Alimlər bildirirlər ki, az yatmaq ölüm riskinə təsiri əvvəllər də qeyd olunub, lakin bu yeni işdə illər üzrə yuxu müddəti ilə ömr arasında davamlı əlaqə ilk dəfə aşkarlanıb.


Tədqiqat səbəb-nəticə mexanizmlərini izah etmir, amma araşdırmaçılar vurğulayırlar ki, gecə yuxusu ürək, damar və immun sisteminin normal işləməsini təmin edir. Bundan başqa, yuxu diqqət, yaddaş və məkan istiqamətlənmə qabiliyyəti kimi kognitiv funksiyaların qorunmasına kömək edir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO