Sürücülərin NƏZƏRİNƏ - Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq 

Sürücülərin NƏZƏRİNƏ - Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq 

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ - Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq 

58468

Fevralın 4-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, fevral ayının 04-də gecə və axşam saatlarında Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Quba-Qusar,

Masallı-Yardımlı, Lənkəran-Lerik, Ağsu-Kürdəmir-Bəhramtəpə, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Naxçıvan-Şahbuz, Ucar-Zərdab-Ağcabədi, Gəncə-Kəlbəcər-Laçın,

Hacıqabul-Bəhramtəpə-Mincivan, Giləzi-Xızı, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 500-800 m-dək məhdudlaşacaq. 
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO