“Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır. Bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir. Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev bu gün keçirilən “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir:
“Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır".
Elnur Əliyev qeyd edib ki, müşahidələr zamanı şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir:
"Toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına təklif və tövsiyələr təqdim olunur. Dərsliklərin toplanılması və qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata keçirilir".
Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:47 / 09.12.2025
“Bəzi dərsliklər şagirdlər üçün hələ də çətinlik yaradır” - Təhsil İnstitutunun direktoru
Hazırda oxunan: “Bəzi dərsliklər şagirdlər üçün hələ də çətinlik yaradır” - Təhsil İnstitutunun direktoru
Hazırda oxunan: “Bəzi dərsliklər şagirdlər üçün hələ də çətinlik yaradır” - Təhsil İnstitutunun direktoru
584633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































