SON DƏQİQƏ! Apellyasiya Məhkəməsi Məmməd İbrahimlə bağlı QƏRAR VERDİ

SON DƏQİQƏ! Apellyasiya Məhkəməsi Məmməd İbrahimlə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Apellyasiya Məhkəməsi Məmməd İbrahimlə bağlı QƏRAR VERDİ

584451

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxıb.

Məhkəmə şikayəti təmin etməyib.

Xatırladaq ki, Məmməd İbrahim barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.


Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO