Yanğında həlak olan ailə Gədəbəydə dəfn edildi

Yanğında həlak olan ailə Gədəbəydə dəfn edildi

Hazırda oxunan: Yanğında həlak olan ailə Gədəbəydə dəfn edildi

584430

Dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində binanın 9-cu mərtəbəsində yaşayan Əkrəm Yusifovun həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova, onların övladları 9 yaşlı Yusif Yusifov və 6 yaşlı Məryəm Yusifova, eləcə də həmin mərtəbədəki digər mənzildə yaşayan 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Bizim.Media xəbər verir ki, yanğında həyat yoldaşı və iki övladını itirən Əkrəm Yusifov ailəsinin məzarından paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda DƏHŞƏTLİ YANĞIN – Dörd nəfər həyatını itirdi – VİDEO


O, “TikTok” hesabında yayımladığı videoya belə şərh yazıb: “Üç balam getdi… Bu dərdə necə dözüm? Belimi qırdınız. Məni niyə atdınız?”.

Qeyd edək ki, Əkrəm Yusifov Füzuli rayonunun Rəfədinli kəndindən, həyat yoldaşı isə Gədəbəy rayonundandır.


Ailə üzvlərinin hər üçü Gədəbəydə torpağa tapşırılıb. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO