Bakıda adam oğurlayan şəxslərə HÖKM OXUNDU

Bakıda adam oğurlayan şəxslərə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda adam oğurlayan şəxslərə HÖKM OXUNDU

584422

Bakıda adam oğurluğunda təqsirləndirilənlərin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq ittiham olunanlar Rövşən Eyyubov doqquz il altı ay , Tuncay İmanov doqquz il, Famil Hacıxanov və Vəli Vəliyevin hər biri səkkiz il müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Təqsirləndirilənlər 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan BMW markalı avtomobilə əyləşməyi tələb ediblər.
 

Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.


Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO