İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı – FOTO

Hazırda oxunan: İrandan Azərbaycana 8 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı – FOTO

584420

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 

Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 8 kiloqram 456 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Gəncə şəhər sakini – 2004-cü il təvəllüdlü Zərgərov Tayfur Xəyal oğlu və Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Aslanov Ayxan Rövşən oğlu şübhəli şəxs qismində saxlanılıb, 4 kiloqram 330 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Dekabr ayının 6-da isə dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 126 qram narkotik vasitə marixuana aşkarlanıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO