Bakıda qadın pul tapdığı barədə telekanala məlumat verdi, CƏZALANDIRILDI

Bakıda qadın pul tapdığı barədə telekanala məlumat verdi, CƏZALANDIRILDI

Hazırda oxunan: Bakıda qadın pul tapdığı barədə telekanala məlumat verdi, CƏZALANDIRILDI

584416

Bakıda 1964-cü il təvəllüdlü qadın avtobus dayanacağında unudulan çantadan 5627 manat pul götürüb.

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.

Belə ki, mənzilini təmir etmək üçün xadimə kimi çalışdığı evin sahibindən 5000 manat borc alan qadın içərisində pulun olduğu çantanı avtobus dayanacağında unudub.

Bu zaman Nigar Səlimzadə (ad-soyad şərtidir) heç kimin olmadığını görərək çantaya baxış keçirib və içərisindən təkcə 5627 manat pulu götürüb. Çantanın sahibi isə əşyasını unutduğunun fərqinə avtobusda varıb. Tələsik avtobusdan düşüb həmin dayanacağa doğru qaçan qadın çantada puldan başqa hər şeyin yerində olduğunu görüb.

Nigar Səlimzadə isə pulu götürəndən sonra baldızıgilə gəlib, bu barədə ona məlumat verib. Nigarın baldızı dərhal ya polisə, ya da telekanallardan birinə məlumat verməli olduğunu bildirib.
 

Növbəti gün Səlimzadə baldızı ilə birgə “Azad Azərbaycan” telekanalına yollanıb və orada bu barədə məlumat veriblər. Bir qədər sonra isə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq onları 19-cu PŞ-yə dəvət edib. Nigar Səlimzadə şöbədə 5627 manatı polisə təqdim edib. Daha sonra pul əsl sahibinə qaytarılıb.


Qadınlar arasında barışıq əldə olunsa da, Nəsimi Rayon Məhkəməsi qadının əməlini oğurluq kimi qiymətləndirib. Məhkəmənin hökmünə əsasən, Nigar Səlimzadənin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO