“Azərbaycan dilinin məzmun kimi tədrisində əsas dörd məqsəd müəyyən olunub. Belə ki, dil duyumunun formalaşması və inkişafı, dildən istifadədə səriştəlilik və özünəgüvən, dil vasitəsilə idrakı bacarıqların inkişafı, dil vasitəsilə özünüifadə və yaradıcılıq kimi dörd əsas məqsəd qoyulub.
Müşahidələr onu göstərir ki, bu istiqamətdə ənənəvi Azərbaycan dili tədrisi ilə, yəni Azərbaycan müəllimin sinif otağındakı davranışı ilə bugünkü müasir məzmun arasında kifayət qədər ciddi fərqlər var ki, bunları mən problem kimi qeyd etmək istəyirəm”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, müxtəli maraqları təmsil edən insanlar tərəfindən məktəblilərin üzərinə onların daşıya bilməyəcəyi yük qoyulur:
“Yəni biz 6-7 yaşlı uşaqdan dillə bağlı siyasi mövqe gözləyə bilmərik. Onlarda dilə sevgi formalaşdırmaq üçün ilk növbədə, dil bacarıqlarını formalaşdırmaq laızmdır. Bu da daha çox pedaqoji prosesdir. Bunun üçün düzgün metodika və mütəxəssislərə ehtiyac var”.
Günay Şahmar, Bizim.Media


































































































