Şəhid atası vəfat etdi – FOTO

Şəhid atası vəfat etdi – FOTO

Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO

584390

Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov vəfat edib.

Bizim.Media xəbər verir ki, F. Ələkbərov uzunsürən xəstəlikdən sonra dünən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid 1994-cü il təvəllüdlü Röyal Ələkbərov ali hərbi təhsil alıb, Orduda tağım və daha sonra bölük komandiri kimi xidmət edib.

O, 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayon istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO