Yevlaxda ağır qəza - 4 yaralı var

Yevlaxda ağır qəza - 4 yaralı var

Hazırda oxunan: Yevlaxda ağır qəza - 4 yaralı var

584355

Bu gün günorta saatlarında Bakı-Qazax magistralının Yevlaxdan keçən hissəsində qəza baş verib.

Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, "Mitsubishi" markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı dəmir səddə çırpılıb.
 

Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramovadır.


Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO