Göygöl rayonunda “Niva” markalı minik avtomobilinin aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Toğanalı-Kəlbəcər magistral yolunda baş verib.
İlkin məlumata görə, qəza zamanı sərnişin Kaplanov Vəhəddin Fikrət oğlu hadisə yerində vəfat edib.
Avtomobildə olan daha üç nəfər Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların Gəncə şəhərindəki tibb müəssisələrindən birinə köçürülməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, qəza zamanı "Niva" markalı maşın dərin çuxura düşüb. Onlar Kəlbəcər rayonundan gəlirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

































































































