Emin Əmrullayevə Gürcüstan Texniki Universitetinin fəxri doktoru adı verildi - FOTO

Emin Əmrullayevə Gürcüstan Texniki Universitetinin fəxri doktoru adı verildi - FOTO

Hazırda oxunan: Emin Əmrullayevə Gürcüstan Texniki Universitetinin fəxri doktoru adı verildi - FOTO

584327

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev birlikdə Gürcüstan Texniki Universitetini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, səfər zamanı tərəflər ali təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Universitetin rektoru, akademik David Kurgenidze qonaqları müəllimlərin beynəlxalq layihələri, elmi və akademik nailiyyətləri, cari tədqiqatları ilə tanış edib, həmçinin universitet alimləri və tələbələrinin dünyanın ən böyük elmi eksperimentlərində uğurlu iştirakından danışıb.
 

Hər iki ölkənin nazirləri və dəvət olunmuş qonaqlar elmi layihələrin sərgisi ilə tanış olublar və robototexnika, süni intellekt və müasir texnologiyalar sahəsində innovativ işləmələr təqdim edən gürcü və azərbaycanlı tələbələrlə görüşüblər.


David Kurgenidze Azərbaycan elmi və təhsil müəssisələri ilə universitet arasında akademik və elmi əlaqələrin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevə Gürcüstan Texniki Universitetinin fəxri doktoru adını təqdim edib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO