Ramiz Mehdiyevin qaynı oğlu Levan DİN-dəki vəzifəsindən AZAD EDİLDİ

Ramiz Mehdiyevin qaynı oğlu Levan DİN-dəki vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: Ramiz Mehdiyevin qaynı oğlu Levan DİN-dəki vəzifəsindən AZAD EDİLDİ

58424

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.  

Bizim.Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Levan Qurskaya Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək sərəncama götürülüb. 

Əldə etdiyimiz məlumata görə, Levan Qurskaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yaxın qohumu – həyat yoldaşı Qalinanın qaynı oğludur.  

Qeyd edək ki, Levan Qurskaya əvvəllər Ramiz Mehdiyevin şəxsi mühafizə xidmətinin rəisi, daha sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəis müavini vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO