Qışda niyə daha çox yemək istəyirik?

Qışda niyə daha çox yemək istəyirik?

Hazırda oxunan: Qışda niyə daha çox yemək istəyirik?

584228

Qışda bir çox insan iştahasının artdığını, şirniyyat və doyurucu qidalara olan həvəsinin isə demək olar ki, qarşısıalınmaz hala gəldiyini hiss edir.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Lyudmila Denisenko "KP.ru"ya müsahibəsində danışıb.

O, qış iştahasını dəf etməyin yollarından bəhs edib.

"Hər şey günəş işığının olmaması, qısa günlər və hətta soyuqla bağlıdır. Ənənəvi olaraq, əcdadlarımız qışda daha çox ət yeməyə başlayırdılar, meyvələrin miqdarını azaldırdılar (bir əsr əvvəl kəndlərdə onlar sadəcə olaraq yox idi)", - deyə Lyudmila Denisenko bildirib.

Lakin bu istəyi cilovlamaq olar. Həkim qeyd edib ki, kifayət qədər su içmək, zülal və triptofanla zəngin qidalar yemək, tam taxıl çörəyi və meyvə kimi sağlam karbohidratlar, eləcə də brokoli, balqabaq, yerkökü, yaşıl və narıncı bibər kimi rəngli tərəvəzlər yemək kömək edə bilər. Lyudmila Denisenko nahara isti şorba ilə başlamağı, qəhvəyə daha az güvənməyi, fastfuddan çəkinməyi və yeməklərə tez-tez acı ədviyyatlar əlavə etməyi məsləhət görüb. Bunlar toxluq hissi verir və maddələr mübadiləsini sürətləndirir. (Oxu.az)

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO