Məhkəmə Tulin Ələkbərova ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Tulin Ələkbərova ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: Məhkəmə Tulin Ələkbərova ilə bağlı QƏRAR VERDİ

584194

Azərbaycanda kikboks üzrə tanınmış xanım məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin məhkəməsi keçirilib.

Bizim.Media "qanunla.az”a istinadən xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsə barəsində qərar qəbul edilib.

Qərara əsasən, 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə kikboksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli saxlanılıb.

Onlar dekabrın 4-də 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.

Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və onun tələbəsi 19 yaşlı Abbas Rəhimli tutulublar.

Əgər onların cinayət əməli sübuta yetirilərsə hər iki şəxsi 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO