“Nəhayət işəgötürənlər üçün baş ağrısı olan bir problem də Əmək Məcəlləsinə edilən əlavə ilə aradan qalxacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib.
O, qeyd edib ki, bundan əvvəl əmək məzuniyyətinə getmək üçün işçi ərizə ilə müraciət etməli idi. Etməyəndə işəgötürən onu əmək məzuniyyətinə göndərə bilmirdi. Bəzi işçilər də qəsdən məzuniyyətə çıxmayıb ilin sonunda kompensasiya alırdı:
“Yeni dəyişikliklər qüvvəyə mindikdən sonra müəyyən olunmuş qrafik üzrə əmək məzuniyyətinə getmək üçün ərizə yazmayanları işəgötürən öz əmri ilə əmək məzuniyyətinə göndərə biləcək”, - deyə o əlavə edib.
Bizim.Media































































































