SON DƏQİQƏ! Moskvadan Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi – SƏBƏB

SON DƏQİQƏ! Moskvadan Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi – SƏBƏB

Hazırda oxunan: SON DƏQİQƏ! Moskvadan Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi – SƏBƏB

583942

5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva–Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.
 

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.


Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO