Ölkənin tibb müəssisələrində ümumilikdə 35 min 233 nəfər həkim fəaliyyət göstərir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, ilin əvvəlinə olan məlumata görə, onların 8910 nəfəri terapevt, 3722 nəfəri cərrah, 1968 nəfəri ginekoloq, 3670 nəfəri pediatr, 968 nəfəri oftalmoloq, 563 nəfəri otorinolarinqoloq, 1002 nəfəri nevropatoloq, 400 nəfəri psixiator, 68 nəfəri narkoloq, 217 nəfəri ftiziator, 519 nəfəri dermato – veneroloq, 1627 nəfəri şüa diaqnostikası üzrə həkim, 79 nəfəri idman - müalicə həkimləri, 3764 nəfəri stomatoloq və diş həkimləri, 558 nəfəri gigiyena – epidemioloqlardır. 7198 nəfər həkim isə digər ixtisas həkimləridir.
Qeyd edək ki, ötən illə müqayisədə bütün ixtisaslar üzrə həkim sayı artsa da, gigiyena – epidemioloqların sayı azalıb. Yəni ötən il bu sahə üzrə 716 nəfər həkim fəaliyyət göstərirdisə, bu il bu say 558-dir.
Xatırladaq ki, həkimlərin 23,2 mini qadındır.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 04.12.2025
Azərbaycanda həkimlərin sayı AÇIQLANDI – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda həkimlərin sayı AÇIQLANDI – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda həkimlərin sayı AÇIQLANDI – RƏSMİ
583871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































