Mir Cəlalın “Dirilən Adam”ı televiziya ekranlarında – Dramatik süjet və güclü obrazlar BİR ARADA – VİDEO

Mir Cəlalın “Dirilən Adam”ı televiziya ekranlarında – Dramatik süjet və güclü obrazlar BİR ARADA – VİDEO

Hazırda oxunan: Mir Cəlalın “Dirilən Adam”ı televiziya ekranlarında – Dramatik süjet və güclü obrazlar BİR ARADA – VİDEO

583829

Böyük yazıçı Mir Cəlalın eyniadlı əsəri əsasında ekranlaşdırılan “Dirilən adam” serialı artıq bir neçə bölümü ilə tamaşaçıların diqqətini çəkib.

Psixoloji-dram janrında çəkilmiş serial yayımlandığı gündən maraqla izlənilir.

Tamaşaçılar xüsusilə süjetin dramatik xəttini, obrazların dərinliyini yüksək qiymətləndirirlər. Son illərdə dünya serial təcrübəsində uğurla sınaqdan çıxmış klassik əsərlərin yenilənmiş vizual üslubu bu layihədə də maraqlı alınıb.

Serialın əsas qəhrəmanları Qədir və Qumru xoşbəxt bir ailədir.

Yaşadıqları bölgənin nüfuzlu şəxslərindən olan Bəbir Qumruya vurulur və onu Qədirin əlindən almaq üçün müxtəlif yollar axtarır. Bəbir Qədiri uzaq bir yerə işləməyə göndərərək onu aradan götürməyə çalışır. Lakin sui-qəsddən sağ çıxan Qədir qisas almaq üçün yenidən şəhərə qayıdır. Dramatik qarşıdurmalarla zəngin serial haqq-ədalət uğrunda mübarizlik, əzmkarlıq ideyasını aşılayır.

Qeyd edək ki, Mir Cəlalın “Dirilən adam” romanı daha öncə də radiotamaşa kimi səsləndirilib. Tamaşa radioda ilk dəfə 1961-ci ildə dinləyicilərin ixtiyarına verilib. Həmin tamaşada məşhur aktyorlarımız Həsənağa Salayev, Mustafa Mərdanov, Sofa Bəsirzadə, Məhluqə Sadıqova, Ətayə Əliyeva və başqaları iştirak ediblər.

Serialda isə tanınmış aktyorlar Sənubər İsgəndərli və Füzuli Hüseynov baş rolları paylaşır.

Ekran işinin uğurlu alınmasında bu sevilən aktyorların ifasının da payı böyükdür. İlk bölümlərdən sonra tamaşaçılar aktyorların təqdim etdiyi xarakterlərdəki gərginliyi, keçmişlə bu gün arasında qurulan emosional bağları maraqla qarşılayıb.

Ssenari müəllifləri Pərviz Seyidli, Jalə Novruz, Kamal Hüseynli, quruluşçu rejissoru Bəhram Yaqublu olan serialın ümumilikdə 150 bölüm olması nəzərdə tutulub. Bu serial AzTV-nin tarixində ilk gündəlik çoxseriyalı layihədir.



Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO