Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə sonuncu məhkəmə iclası baş tutub.
Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırov küçədə qayınatası Hüseyn Əhmədov və arvadı Əfsanə Bağırovaya vintaçanla xəsarət yetirib.
Təqsirləndirilən Fərid Bağırov Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib. (Trend.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:47 / 04.12.2025
Qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
583825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































