Gecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs cəzası aldı

Gecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs cəzası aldı

Hazırda oxunan: Gecə 11-də qapısını döyən şəxsi öldürdü - 11 il həbs cəzası aldı

583824

Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq qətlə yetirən 1978-ci il təvəllüdlü Fəqan Əzizovun məhkəməsi başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

F. Əzizov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə ittiham edilsə də, məhkəmə onun daha yüngül maddə olan 120.1-ci maddəyə əsasən cəzalandırılmasına qərar verib. 47 yaşlı kişi 11 il həbsə məhkum edilib.

Bildirilib ki, hadisə bu ilin mayında Sığırlı kəndində münaqişə zəminində baş verib. Həmin gün gecə saat 23 radələrində 1966-cı il təvəllüdlü Hafiz Cümşüd oğlu Nuriyev Fəqan Əzizovun yaşadığı evə gələrək qapını döyüb. O, həmkəndlisindən narkotik vasitə istəyib. Lakin Fəqan onda narkotik olmadığını deyib. Daha sonra tərəflər arasında münaqişə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO