Azərbaycanda yeni MÜKAFAT - Məbləği 50 min manat olacaq

Azərbaycanda yeni MÜKAFAT - Məbləği 50 min manat olacaq

Hazırda oxunan: Azərbaycanda yeni MÜKAFAT - Məbləği 50 min manat olacaq

583814

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.
 

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.


Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.

Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.

Qeyd edək ki, yeni təsis ediləcək Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək. (Mənbə: Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO