2025-ci ilin 9 ayı ərzində 7 minədək şəxs ümumiyyətlə aliment ödəməkdən yayınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ədliyyə Nazirliyi yayıb.
Mənbə qeyd edib ki, 2025-ci ilin 9 ayı ərzində aliment öhdəliklərini tam və ya qismən icra etməkdən yayındığına görə 7284 şəxsin axtarılması barədə qərar qəbul edilib.
Ümumilikdə, bu ilin 9 ayı ərzində 1563 şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3141 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib (onlardan 2203-ü təmin olunub, o cümlədən 1720 şəxs barəsində inzibati həbs tətbiq edilib), 212 şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat verilib.
Xatırladaq ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36 332 nikah və 15 480 boşanma halları qeydə alınıb. B barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Boşanmaların sayının azalmasına baxmayaraq, aliment ödəməyənlərin sayında artım müşahidə olunur. (Azərtac)
Bizim.Media































































































