Kürdəmirdə fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Ağamalıyev Rza Qardaşxan oğluna məxsus iki mərtəbəli ümumi sahəsi 130
kv metr olan 8 otaqlı ev yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nın Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb. Ev sahibinin sözlərinə görə, yanğın zamanı ona ümumilikdə 100 min manata yaxın maddi ziyan dəyib.
Qeyd edək ki, hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir. Fakt araşdırılır.





Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:34 / 04.12.2025
Kürdəmirdə ev yanaraq külə döndü – FOTO
Hazırda oxunan: Kürdəmirdə ev yanaraq külə döndü – FOTO
Hazırda oxunan: Kürdəmirdə ev yanaraq külə döndü – FOTO
583810
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































