Ölkəmizə “Halal” adı ilə tərkibində donuz əti olan mal konservləri gətirilir? – RƏSMİ AÇIQLAMA – FOTO

Ölkəmizə “Halal” adı ilə tərkibində donuz əti olan mal konservləri gətirilir? – RƏSMİ AÇIQLAMA – FOTO

Hazırda oxunan: Ölkəmizə “Halal” adı ilə tərkibində donuz əti olan mal konservləri gətirilir? – RƏSMİ AÇIQLAMA – FOTO

583799

Rusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi ilə bağlı xəbərlər yayılıb.

Məlumata görə, Rusiya ordusuna və Mərkəzi Asiya ölkələrinə tədarük edilən “Qlavprodukt” şirkətinin mal ətindən hazırlanmış konservlərində donuz əti DNT-si aşkar edilib.

2025-ci ilin sentyabrında aparılan analizə əsasən, “Semeynıy budjet” markalı 500 qramlıq konserv bankalarında donuz əti DNT-si aşkar edilib. “Semeynıy budjet” “Qlavprodukt”un Orlov vilayətindəki törəmə şirkəti olan “Oryolprodukt” ASC tərəfindən istehsal edilib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirilib ki, Rusiyanın “Oryolprodukt” ASC-nin mediada qeyd olunan istehsal tarixli mal əti konservi məhsul partiyası ölkəmizə idxal olunmayıb.

İnternet üzərindən apardığımız araşdırmalar sayəsində öyrəndik ki, ölkəmizdə onlayn ticarət platformalarında “Semeynıy budjet”in konservləşdirilmiş mal əti məhsullarının satışı həyata keçirilir.

“İnanclı insanları aldadırlar”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Azad İstehlakçılar İctimai Biriyinin sədri Eyyub Hüseynov sözügedən məhsulla bağlı son günlər müraciətlərin olduğunu bildirib:

“Lakin AQTA təkidlə vurğulayır ki, həmin partiya maldan Azərbaycana daxil olmayıb. Nəzərə alaq ki, bütün sərhəd-keçid məntəqələrindən AQTA-nın icazəsi olmadan bir dənə mal ölkəyə daxil ola bilməz. AQTA neçə illərdir ki,  etiket məlumatları ilə malın tərkibini araşdırır.

AQTA-nın məlumatlarına biz inansaq, Azərbaycanda bu mal partiyası yoxdur. Nəzərə alaq ki, bütün dünyada olduğu kimi bizdə də inanclı insanlar aldadılır. Bəzi qurumlar istehsalçılara və idxalçılara “Halal” sertifikatı verib inanclı insanları aldadırlar”. 





Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO