Paytaxt sakini Nadir Zeynalov BMW markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən Yol Polisi Xidməti Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, müayinə zamanı özünün də etiraf etdiyi kimi, narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilən N.Zeynalov inzibati məsuliyyətə cəlb edilib.
"BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:55 / 04.12.2025
Narkotik aludəçisi olan sürücü stasionar postda SAXLANILDI - VİDEO
Hazırda oxunan: Narkotik aludəçisi olan sürücü stasionar postda SAXLANILDI - VİDEO
Hazırda oxunan: Narkotik aludəçisi olan sürücü stasionar postda SAXLANILDI - VİDEO
583793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































