Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8-ci mikrorayon, F.Bayramov küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.
Restoran yanğından mühafizə olunub.
*** 21:26
Bakıda yerləşən restoranlardan birində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən “Green Garden” restoranında qeydə alınıb.
Əraziyə Dövlət Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın qısa zamanda söndürülüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:02 / 03.12.2025
Bakıda restoran YANDI - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakıda restoran YANDI - YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Bakıda restoran YANDI - YENİLƏNİB/VİDEO
583723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































